Bakıda 7 ildir tikilən metronun açılışı niyə yubanır? - RƏSMİ CAVAB

Xəbər verdiyimiz kimi, bu gün Bakının Nəsimi rayonu ərazisində Ceyhun Səlimov küçəsinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsindən Cəlil Məmmədquluzadə küçəsinə qədər olan (Papanin hospitalı) və yeni metro stansiyasının tikintisi ilə əlaqədar olaraq 7 ildir bağlı olan hissəsində avtomobil nəqliyyatı vasitələrinin hərəkəti bərpa olunub. Yeni metro tikintisi ilə bağlı Lent.az -ın suallarını cavablayan "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, sözügedən ərazidə tikinti işləri öz qaydası ilə davam edir:
“Stansiyada tikinti işlərinin əsas mərhələsi yekunlaşıb, qarşıdakı müddətdə qalan işlərin yekunlaşdırılması, müvafiq infrastrukturun qurulması işləri aparılacaq”.
B.Məmmədov tikintinin ləngiməsinə səbəblərdən də söz açıb:
“Sadəcə olaraq sözügedən ərazidə görüləcək işlər tək stansiya ilə bağlı deyil. Yəni, o stansiya istifadəyə veriləndən sonra “Xocəsən” deposunun bir hissəsi də istifadəyə verilməlidir. Buna səbəb isə stansiyanın arxasında dönmə kamerasının olması və qatarların dövrə vuraraq geri qayıtmalı olduqlarıdır. Bu fərqli xətlərin qrafikinin təşkilinə səbəb olacaq. Bunun üçün də mütləq şəkildə “Xocəsən” deposunun ilkin minimal tələblərini ödəyən hissəsi təhvil verilməlidir”.
Metro sözçüsü əlavə edib ki, təbii, texniki və digər məsələlər ortaya çıxmasa, gələn ilin axırlarına qədər yeni metro stansiyası açılacaq.
Qeyd edək ki, Tbilisi prospektində və Ceyhun Səlimov küçəsi ilə kəsişən digər küçələrdə xüsusən günün pik saatlarında yaşanan sıxlığın aradan qaldırılması məqsədi ilə qısa müddətlik təmir-tikinti işləri həyata keçirilib.
İlkin mərhələdə sözügedən ərazidə yeni metro stansiyasının tikintisi tam olaraq yekunlaşmadığı üçün 4 hərəkət zolaqlı olan küçənin yalnız bir istiqaməti üzrə 2 hərəkət zolağı bərpa olunaraq sürücülərin istifadəsinə verilib. Yeni stansiyanın tikintisi yekunlaşdıqdan sonra isə digər istiqamət üzrə küçənin qalan hissəsinin də bərpası işləri həyata keçiriləcək.
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO










