Bakıda ana azyaşlı oğlunu evdə zəncirləyib - FOTO

Bakıda ana azyaşlı oğlunu evdə zəncirləyib.
Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Avtosfer.az-a bildirib ki, avqustun 20-də polisə paytaxtın Nəsimi rayonu Cavadxan küçəsində yerləşən yaşayış binasında mənzillərdən birinin pəncərəsində azyaşlının ayaqlarından zəncirlənməsi barədə məlumat daxil olub.
Azyaşlıya qarşı qeyri-insani rəftarla bağlı dərhal baş idarənin rəhbərliyi tərəfindən fakt nəzarətə götürülüb, ərazi polis orqanına – Nəsimi Rayon Polis İdarəsinə müvafiq araşdırmaların aparılması ilə bağlı göstəriş verilib.
Yevlax şəhərində anadan olan, Ömər Həsənlinin anası Şahanə İsmayılova tərəfindən zəncirlə ayağından bağlamasına dair ilkin araşdırma zamanı müəyyən olunub ki, ana öz övladını bacısı Aygün İsmayılova ilə birgə kirayədə yaşadığı ünvanda işdə olduqları müddətdə (səhər saat 8:00-dan axşam saat 00-00-dək) nəzarətsiz qoyublar. Bu müddət ərzində azyaşlının heç yerə getməməsi üçün ayaqlarını zəncirlə bağlayıblar. Oğlunun çətin tərbiyə olunan uşaq olduğunu deyən Ş.İsmayılova yay tətili ilə əlaqədar övladını Yevlaxdan Bakıya gətirərək bu addımı atdığını etiraf edib.
Araşdırma zamanı Nəsimi RPİ İctimai Təhlükəsizlik Şöbəsi və 19-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi müvafiq tədbirlərlə həmin zəncir aşkarlanaraq götürülüb və protokol tərtib olunub.
Fakt üzrə toplanan materiallar prokurorluğa təqdim olunub.
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI












