Bakıda avtomobil qaçıran şəxslər saxlanılıb

Bakıda avtomobil qaçıran şəxslər saxlanılıblar. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, avtomobilin qaçırılması hadisəsi oktyabrın 14-də paytaxtın Nəsimi rayonu, A.Məhərrəmov küçəsində baş verib.
Belə ki, Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü F.Əliverdiyevə məxsus “Niva” markalı avtomobil qaçırılıb.
Polis əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində məlum olub ki, hadisəni törədən şəxslər avtomobili Suraxanı rayonunun Bülbülə qəsəbəsində saxlayaraq qaçıblar.
Nəsimi Rayon Poilis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 19-cu Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənlər - Şəki rayon sakini, 1992-ci il təvəllüdlü N.Quliyev və Ağsu rayon sakini S.Hüseynov saxlanılıblar.
Onların ətrafında aparılan tədbirlər nəticəsində məlum olub ki, həmin şəxslər 1989-cu il təvəllüdlü Ə.Rəhimovla birgə oktyabrın 10-da R.Xəlilova məxsus avtomobili də qaçırıblar.
Faktla bağlı şübhəli şəxslər ətrafında əməliyyat-axtarış, istintaq tədbirləri davam etdirilir.
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI











