Bakıda "avtoş" yol polisinə dönər bıçağı ilə hücum edib

Bakıda avtoxuliqanlıq edən sürücü polisə dönər bıçağı ilə hücum edib. "Report" xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, 99 PV 229 dövlət qeydiyyat nişanlı "Daewoo" markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən "saxla" əmri verilib. Lakin sürücü buna tabe olmayaraq avtoxuliqanlıq əməlini davam etdirib. Yol polisi tərəfindən süni tıxac yaradılıb və nəticədə avtomobil metronun "28 may" stansiyası yaxınlığında saxlanılıb.
Sürücünün əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Məmmədəli Turabov olduğu müəyyən edilib.
M.Turabov avtomobildən enərək yaxınlıqdakı dönərxanadan dönər bıçağını götürüb və YPX əməkdaşlarının üstünə hücum edib. Bunun qarşısı alınıb. Daha sona isə M.Turabov özünə xəsarət yetirmək istəyib.
Polisin sayıqlığı nəticəsində onun bu əməlinin də qarşısı alınıb.
M.Turabov saxlanılaraq polis bölməsinə təhvil verilib.
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI












