Bakıda avtoservisdən avtomobil qaçıran usta köməkçisinin məhkəməsi başlayır

Bakıda avtomobil qaçırmaqda təqsirləndirilən Tərlan Qasımovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, cinayət işi baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Hakim Samir Məmmədovun icraatında olan iş üzrə hazırlıq iclası oktyabrın 18-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu ilin avqust ayında Bakının Nərimanov rayonu ərazisində baş verib.
Şıxəliyev küçəsində yerləşən avtoservisdə usta köməkçisi işləyən Saatlı rayon sakini, 1992-ci il təvəllüdlü Qasımov Tərlan Məmməd oğlu "Azevrostar" şirkətinə məxsus "Niva" markalı avtomobili qaçırıb. Onun hadisəni törədən vaxt sərxoş olduğu bildirilir. Polis tərəfindən saxlanılan T.Qasımov məsuliyyətə cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 185.1-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddəsi ilə ittiham verilib.
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…












