Bakıda bahalı avtomobillər qaydaları pozaraq qəza vəziyyəti yaradıb - VİDEO

Bakıda qarşı yola çıxaraq təhlükəli vəziyyət yaradan sürücülər kameraya düşüb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, Binəqədi şosesində qeydə alınmış videodan görünür ki, “BMW” markalı, 10-BB-015 dövlət nömrə nişanlı və “Bentley” markalı 10-DD -012 dövlət nömrə nişanlı avtomobillərin sürücüləri əks istiqamətə çıxır və digər hərəkət iştirakçılarına real təhlükə yaradır.
Bundan sonra sürücülər elə əks istiqamətdə yoluna davam edərək qarşıdan gələn nəqliyyat vasitələrinin önünə çıxır.
Həmin videonu təqdim edirik. Yəqin ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) əməkdaşları sürücüləri aşkar edərək barəsində müvafiq qaydada tədbir görüb, yaxud bu videodan sonra tədbir görəcəklər. Çünki İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinin tələblərini pozduqlarına görə hər bir sürücü barəsində 100 manat və 4 bal cərimə tətbiq edilməlidir.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











