Bakıda binanın həyəti parklanma zonasına çevrilib ŞİKAYƏT - VİDEO

Bakıda binanın həyətinin qanunsuz olaraq parklanma zonasına çevirildiyi iddia edilir.
Avtosfer.az-ın məlumatına görə, Bakının Xətai rayonu, Lüti Zadə küçəsində yerləşən binanın sakinləri iddia edirlər ki, yaşadıqları binanın komendantı həyətdə qanunsuz parklanma yaradıb. Avtomobillərin çoxluğu həm həyətdə təhlükəli vəziyyət yaradır, həm də onlar istirahət edə bilmirlər.
Yüzlərlə sakinin yaşadığı çoxmərtəbəli binaların qarajı olmadığında avtomobillər pərakəndə şəkildə park edilir. Bu azmış kimi, həyəti iri daşlarla bir neçə yerə bölərək avtomobillər üçün park yeri də düzəldiblər.
"Şaiq" MTK-nın rəsmisi Nəsimi Məmiyev isə bildirdi ki, daşı həyətə onlar düzüblər. Binanın qarajı əvvəlcədən olmayıb. Sonradan MTK obyekt üçün tikdiyi zirzəmiləri sakinlərə icarəyə verib, amma zirzəmilərin həcmi kiçikdir və sakinlər orada avtomobillərini park edə bilmirlər.
MTK nümayəndəsi tezliklə həyətdə sakinlərin istirahəti üçün müvafiq şəraitin yaradılacağına söz verib.
Daha ətraflı videomaterialda:
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












