Bakıda "BMW" ilə itkin düşən şəxsin meyiti tapıldı - Qayçı ilə boğazını kəsiblər

Bir neçə gün öncə Bakıda itkin düşən 1987-ci il təvəllüdlü Həbibzadə Elvin Nazim oğlunun qətlə yetirildiyi məlum olub. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə qətlə yetirilən şəxsin qardaşı bildirib. Onun sözlərinə görə, hadisə Xəzər rayon prokurorluğu tərəfindən araşdırılır: "Elvin iki nəfər şəxs tərəfindən qətlə yetirilib. Onun boğazını qayçı ilə kəsərək su quyusuna atıblar. Hazırda həmin şəxslər yaxalanıblar və Xəzər Rayon Prokurorluğunda araşdırmalar aparılır".
Xatırladaq ki, Həbibzadə Elvin oktyabrın 14-dən itkin düşüb. Yol müşahidə kameraları onu sonuncu dəfə 10-VP-103 dövlət qeydiyyat nömrəli "BMW" avtomobili ilə Sulutəpə qəsəbəsinə gedən yolda qeydə alıb.
Bu gün isə Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bildirilirdi ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda su quyusunda aşkar edilən 1987-ci il təvəllüdlü Həbibzadə Elvin Nazim oğlunun meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri E.Həbibzadənin meyitini dərinliyi, təqribən, 25 metr olan quyudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər. E.Həbibzadə stomatoloq olub.
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI












