Bakıda bu küçə kəsişməsində yol nişanının olmaması sürücülərə çətinlik yaradır - FOTO - AÇIQLAMA

Şəhərin mərkəzi küçələrindən biri olan Xətai rayonu, Süleyman Vəzirov və Ayaz İsmayılov küçələrinin kəsişməsində heç bir yol nişanı olmadığından, daima həmin ərazilərdə sürücülər əsasən pik saatlarda çətinlik yaşayır.
Press.az -a sürücülər tərəfindən daxil olan məlumatda bu ərazilərdən əsasən axşam saatlarında keçmək o qədərdə rahat olmadığı bildirilir.



Bundan əlavə şəhərin Xəqani küçəsində "STOP" nişanı olduğu halda, Xəqani küçəsi ilə kəsişən Rixard Zorge küçəsində heç bir nişan yoxdur. Və bu da Rixard Zorge küçəsi ilə hərəkət edən sürücünün Xəqani küçəsində dayanmalı və ya dayanmadan keçməli olduğunu bilməməsinə səbəb olur.



Press.az saytı sürücüləri narahat edən bu yol kəsişmələri ilə bağlı BNA-nin mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə əlaqə saxlayıb.
M. Ağayev bildirib ki, söylənilən ərazilərə baxış keçiriləcək. "Hazırda aiddiyyəti şöbə məlumatlandırılıb. Əgər həqiqətən uyğunsuzluq varsa dərhal aradan qaldırılacaq."- deyə M. Ağayev qeyd edib.
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI












