Bakıda bütün avtobuslar kart sisteminə keçir - BNA-dan yeniliklər

2019-cu il şəhər nəqliyyatının inkişafı, xüsusən də ictimai nəqliyyat sektorunda ciddi dəyişikliklər ili olacaq. Qarşıdakı aylarda vətəndaşlarımız bu müsbət dəyişiklərin real şahidi olacaqlar.
Avtosfer.az xəbər verir ki, bunu Azvision.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. Qurum rəsmisi bildirib ki, yeni alınan 300 avtobusun artıq 200-ə yaxını Bakıya gətirilib. “Gətirilən avtobusların hamısı 12 metrlik avtobuslardır. Çatdırılma prosesi davam edir. Avtobusların gətirilməsi ilə yanaşı, onların istismara veriləcəyi xətlərin müəyyənləşdirilməsi istiqamətində çox ciddi işlər gedir. Vətəndaşlardan daxil olan müraciətlərin də burada böyük rolu olacaq. İlkin mərhələdə ən çox narahatlıq doğuran xətlərin dəyişdirilməsi planlaşdırılır”.
M.Ağayev, həmçinin qeyd edib ki, yeni optimallaşdırma işləri çərçivəsində bəzi marşrut xətlərinin ləğvi, yenilərinin təşkili planlaşdırılır. “Digər bir istiqamət avtobusları idarə edəcək sürücülərin işə qəbuludur. Sizin vasitənizlə müraciət edirəm ki, müvafiq sürücülük vəsiqəsi olanlar və qanunvericiliklə qoyulan tələblərə cavab verən vətəndaşlarımız sürücü kimi işə qəbul olunmaq üçün” BakuBus” MMC-yə müraciət edə bilərlər”.
BNA rəsmisinin sözlərinə görə, qarşıdakı aylarda bizi gözləyən ən mühüm yeniliklərdən biri də kart sisteminə keçidin tamamlanmasıdır: “2020-ci ilin yanvarın 1-ə qədər Bakıda ictimai nəqliyyatda kart sisteminə keçid təmin olunacaq. Ümumiyyətlə, ətraf ərazilərdə yaşayanlar daha müasir və keyfiyyətli şərnişindaşıma xidmətlərindən istifadə edəcəklər. Uzun zaman sərnişindaşıma xidmətlərinin təşkilində ətraf ərazilərdə yaşayan sakinlərə olan münasibət tamamilə müsbət mənada dəyişdiriləcək”.
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO










