Bakıda bütün tarixi abidələrin yanında restoran açırlar – MEMAR - FOTOSESSİYA

Memar Elçin Əliyev Bakıda memarlıq mühitinin hazırkı vəziyyəti ilə bağlı sosial şəbəkə hesabında tənqidi fikirlər paylaşıb.
Avtosfer.az xəbər verir ki, paylaşımında paytaxtın demək olar ki, hər bir memarlıq abidəsinin yaxınlığında eyni ticarət obyektlərinin, xüsusilə “Dana Burger” şəbəkəsinin yerləşdirilməsinə diqqət çəkərək, bu tendensiyanın artıq şəhər mədəniyyətinə mənfi təsir göstərdiyini vurğulayıb. Elçin Əliyev ironiya ilə qeyd edib ki, istənilən tarixi məkana yaxınlaşdıqda eyni brendlə qarşılaşmaq mümkündür və bu hal ictimaiyyətdə haqlı suallar doğurur.
Memarın sözlərinə görə, məsələ təkcə konkret bir brendlə bağlı deyil, ümumilikdə şəhərin dəyərlər sisteminin dəyişməsi ilə əlaqəlidir. O bildirib ki, vaxtilə Bakıda kitab mağazaları və mədəniyyət yönümlü obyektlər ön planda idi. Zaman keçdikcə isə ticarət yalnız mədəniyyəti deyil, düşüncə mədəniyyətini də sıxışdırıb arxa plana keçirib.
Elçin Əliyev bu prosesin memarlıq sahəsində də özünü açıq şəkildə göstərdiyini qeyd edib. Onun fikrincə, tikinti mədəniyyətinə vurulan zərbə şəhərin tarixi simasını zədələyir. Memar xatırladıb ki, 1950–1960-cı illərdə, “Stalin ampiri” dövründə Montin qəsəbəsində səliqəli, beşmərtəbəli yaşayış binaları inşa edilir, paytaxtın perspektivli rayonları düşünülmüş şəhərsalma prinsipləri əsasında formalaşdırılırdı. Geniş həyətlər, yaşıllıq zolaqları, harmonik fasadlar və ümumi planlaşdırma mütəxəssislərin peşəkarlığının göstəricisi idi. O dövrdə qərarların uzun müzakirələrdən sonra, kollegial şəkildə qəbul edildiyi vurğulanıb.
Memar bildirib ki, küçələrin, məhəllələrin və ümumilikdə şəhərin zahiri görünüşü bu sahəyə cavabdeh olan şəxslərin mədəni səviyyəsini və məsuliyyət hissini əks etdirir. Onun sözlərinə görə, bu gün isə bir çox hallarda memarlıq və şəhərsalma prinsiplərindən uzaq olan, təsadüfi şəxslər tərəfindən qərarlar qəbul edilir. Belə yanaşma nəticəsində Bakı obyekt yerləşdirmək üçün sadəcə bir “meydan” kimi qəbul olunur, tarixi mühit, miqyas, panoram və qoruma zonaları nəzərə alınmır.
Elçin Əliyev qeyd edib ki, bu problemləri anlamaq üçün mütləq memar olmaq şərt deyil. Əsas olan minimal mədəniyyət səviyyəsi, şəhərə və insanlara qarşı hörmətdir. Bu dəyərlər olmadıqda isə nəticə göz qabağındadır: tarixi memarlıq abidələrinin həyətlərində nəhəng, aqressiv yeni tikililər inşa olunur və illər boyu formalaşmış tarixi mühit məhv edilir. Memar vurğulayıb ki, hələ yaxın keçmişdə belə halların baş verməsi belə təsəvvür olunmazdı.
Paylaşımında Elçin Əliyev sarkazmla qeyd edib ki, fərqli dövrlərdə bu cür yanaşmalara qarşı sərt münasibət olub. Lakin bu gün gəlir anlayışı mədəniyyətdən, insan və şəhər mədəniyyətindən üstün tutulur.
Memarın bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və paytaxtda şəhərsalma siyasətinin, tarixi irsin qorunmasının yenidən gündəmə gətirilməsinə çağırış kimi dəyərləndirilib.
Eltac Zülfüqaroğlu
Ramazan ayının on dördüncü gününün duası - İmsak və iftar vaxtı
Şəbnəm Tovuzlu Avtosfer.az saytına hədə-qorxu gəldi - “Səhifənizi bağlatdıracam” - SƏS YAZISI – VİDEO
ABŞ-İsrail qüvvələrinin İrana hücumu qızılın qiymətini artıracaq - EKSPERT
Yol polisi magistral yoldakı radara aydınlıq gətirdi - VİDEO
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir - CƏDVƏL
Polad Həşimovun avtomobilinin görüntüləri yayıldı – İzləyiciləri duyğulandırıb - VİDEO
Xıdırlıda drenaj sistemi düzgün qurulmayıb, ev su altında qalır – ŞİKAYƏT - VİDEO
Elektron siqaretlərə görə cərimələr təsdiqləndi - SİYAHI
Müharibələr bəzən iqtisadiyyata təkan verən qüvvəyə çevrilir - NATİQ CƏFƏRLİ
Ramazan ayının on üçüncü gününün duası - İmsak və iftar vaxtı
"Ford"un elektromobillərində bu funksiya ödənişli olacaq – 850 manat - FOTO



















