Bakıda dəbdəbəli toyu olan bəyin atası GÖRÜN KİM İMİŞ - FOTO

Bakıda sentyabrın 12-də dəbdəbəli toyu baş tutan bəyin kimliyi məlum olub.
Avtosfer.az Yurd.media-ya istinadla xəbər verir ki, Sitarə adlı xanımla evlənən Nicat Qurbanov Dövlət Gömrük Komitəsinin (DGK) sabiq idarə rəisi Nüsrət Qurbanovun oğludur.
DGK İnzibati İdarəetmənin Təşkili İdarəsinin rəisi vəzifəsində çalışmış və qurumun əvvəlki sədri Səfər Mehdiyevlə yaxınlığı ilə tanınan polkovnik Nüsrət Qənbər oğlu Qurbanov 2023-cü ilin aprel ayında general-leytenant Şahin Bağırovun əmri ilə vəzifəsindən azad olunub.
Nüsrət Qurbanov hazırda "Fikrət Ələsgərli və partnyorları gömrük və vergi məsələləri üzrə konsaltinq" MMC-nin təsisçi - inzibati idarəetmə və insan resursları departamentinin rəisi vəzifəsində çalışır.

Nüsrət Qurbanov ləğv edilən Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun qardaşıdır.
Qeyd edək ki, iki gün əvvəl Bakıda yerləşən Böyük Sarayda Nicat və Sitarənin toy məclisinə Azərbaycandan Xalq artistləri Aygün Kazımova, Röya Ayxan, Türkiyədən Demet Akalın və digər məşhurlar qatılıblar. Toyun yüzminlərlə manata başa gəldiyi deyilir.
Nicat Qurbanovun ailə həyatı qurduğu Sitarə xanımın isə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini Elgün Feyzullayevin qızı olduğu, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Dubay şəhərindəki "SOCAR International DMC"də (Dubai Multi Commodities) ticarət üzrə analitik vəzifəsində çalışdığı bildirilir.

Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












