Bakıda əlçatanlıq problemi 3D texnologiya ilə həll oluna bilər? – EKSPERT

Bakıda fiziki məhdudiyyətli şəxslərin, eləcə də digər hərəkət iştirakçılarının şəhər mühitində rahat və maneəsiz hərəkətinin təmin edilməsi üçün müasir rəqəmsal texnologiyalardan istifadə oluna bilər. Bu məqsədlə piyada marşrutlarının 3D skan edilməsi, fiziki maneələrin rəqəmsal xəritəsinin hazırlanması və problemlərin mühəndislik həlləri əsasında aradan qaldırılması mümkündür.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev bu barədə fikirlərini bölüşərkən Qazaxıstanın Almatı şəhərində tətbiq olunan yanaşmanı nümunə göstərib.

Onun sözlərinə görə, “Leica Geosystems” şirkətinin 2026-cı ildə Almatıda təqdim etdiyi layihə əlçatan mühitin qiymətləndirilməsində müasir mühəndislik və rəqəmsal texnologiyaların imkanlarını nümayiş etdirir.
Layihə çərçivəsində metro stansiyasından başlayan seçilmiş piyada marşrutu BLK2GO mobil 3D skaneri vasitəsilə qeydə alınır, kritik nöqtələr isə RTC700 cihazı ilə dəqiq ölçülür. Bu zaman panduslar, yamaclar, pilləkənlər, qapılar, keçidlər və digər fiziki maneələr müəyyənləşdirilir. Əldə olunan məlumatlar əsasında marşrutun üçölçülü modeli, maneələrin rəqəmsal xəritəsi və onların aradan qaldırılması üçün texniki düzəliş planı hazırlanır. Oxşar texnologiyaların Bakıda da tətbiqi şəhər infrastrukturunun inklüzivlik baxımından qiymətləndirilməsinə yeni imkanlar aça bilər.
Ekspertin fikrincə, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və Bakı Metropoliteni bu istiqamətdə əməkdaşlıq edərək metro stansiyalarından avtobus dayanacaqlarına, piyada keçidlərinə, ictimai nəqliyyat qovşaqlarına və sosial obyektlərə qədər vahid marşrutlar üzrə əlçatanlıq auditləri apara bilərlər.
Belə bir sistemin tətbiqi fiziki maneələrin daha sürətli müəyyənləşdirilməsinə, səkilərin, pandusların və keçidlərin parametrlərinin dəqiq ölçülməsinə, problemlərin koordinatlar üzrə vahid rəqəmsal bazaya daxil edilməsinə şərait yarada bilər. Eyni zamanda, təmir və yenidənqurma işlərinin prioritetləşdirilməsi, görülən işlərin nəticələrinin isə təkrar ölçmələr vasitəsilə yoxlanılması mümkün olar.
Rauf Ağamirzəyevin qənaətinə görə, bu yanaşma daha dəqiq qərarların qəbuluna, işlərin sürətləndirilməsinə və maliyyə resurslarından səmərəli istifadəyə kömək edə bilər.
İnklüzivlik yalnız ayrı-ayrı ərazilərdə pandusların tikilməsi ilə məhdudlaşmamalıdır. Əsas məqsəd insanın başlanğıc nöqtəsindən təyinat yerinə qədər müstəqil, təhlükəsiz və maneəsiz hərəkət edə bilməsini təmin etməkdir.
Eltac Zülfüqaroğlu
Avtomobillə yola çıxanların NƏZƏRİNƏ!
Qazaxıstan Prezidenti TDT-nin toplantısında narazılığını bildirdi - POLİTOLOQ
Ağstafaya əlavə qatarlar təyin edildi: Digər bölgələrdə hansı yeniliklər olacaq? – DEPUTAT
Skuteri qaydasız park edənlər cərimələnə bilər – FOTO
Bloqerlərin izləyici sayını süni artıranlar ifşa olunur? - RƏY
Bu rayonlar öz xərclərini ödəyə biləcəklər? – İQTİSADÇI AÇIQLADI
Metro və avtobusların yükü azalacaq? - Yeni xətlər çəkilir
Sürücülərin DİQQƏTİNƏ: Cəriməni belə ləğv etdirə bilərsiniz
Azərbaycandakı hər 10 avtomobildən 4-ü Bakıda qeydiyyatdadır – STATİSTİKA
Bu yollarda tıxac var - SİYAHI
Trampdan İlham Əliyevə xüsusi dəvət

















