Bakıda ən çox təhlükədə olan obyektlər: oğruların diqqətini nə çəkir? – SƏBƏBİ BİLİNDİ

Bu yaxınlarda Xaçmazda quldurluq edən maskalı şəxs məhz təhlükəsizlik kamerasına düşdüyü üçün yaxalandı. Hətta maskalı olması belə onu xilas edə bilmədi. Polisin işinə müasir texnologiyalar yardım etdi.
Bu fakt bir daha təhlükəsizlik kameralarının əhəmiyyətini göstərdi. Bəs görək əsasən paytaxt Bakıda təhlükəsizlik kameralarının artırılmasına əhəmiyyət verilirmi?
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Lent.az -ın sorğusuna cavab olaraq, Bakı şəhərində profilaktik tədbirlərin gücləndirilməsinin, mərkəzi küçə və prospektlərlə yanaşı, məhəllədaxili yerlərdə müşahidə kameralarının əhatə dairəsinin genişləndirilməsinin diqqət mərkəzində olduğunu deyib:

“Məqsəd insan və vətəndaş hüquq və azadlıqlarını, əhalinin təhlükəsizliyini, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini hüquqazidd əməllərdən qorumaqdır. Qanunazidd hallara, fövqəladə vəziyyətlərə çevik reaksiya vermək, hüquq qaydasına riayət edilməsinə nəzarəti etmək üçün müasir informasiya-kommunikasiya texnologiyaları köməyə gəlir. Bunun üçün fasiləsiz şəkildə videomüşahidə həyata keçirilir”.
Cinayətkarların kamera olan yerlərdən çəkindiyini deyən Elşad Hacıyev, cari ilin 9 ayı ərzində təhlükəsizlik kameraları vasitəsilə 3877 hadisənin aşkar edildiyini bildirib:
“İctimai qaydanın etibarlı təminatında müasir dövrün çağırış və təhdidlərinə uyğun olaraq, paytaxtda qabaqcıl texnologiyaların dairəsinin genişlənməsi sosial neqativ hallara qarşı mübarizənin effektivliyini artırır. Dəfələrlə olub ki, oğurluq əməlləri ilə yaxalanan şübhəli şəxslər ilkin ifadələrində bildiriblər ki, onlar üçün ən cəlbedici oğurluq mühafizə olunmayan, yaxud müşahidə kameralarının olmadığı ünvanlardır. Ünvan seçilərkən ictimai təhlükəli əməllərə meyilli şəxslər əsas diqqəti ona yönəldir ki, yaxınlıqda polis olmasın, yaxud polisin ünvana gəlişini təmin edən təhlükəsizlik sistemi, onun əməllərini qeydə alan müşahidə kameraları olmasın. Bunu nəzərə alaraq, paytaxtda profilaktik tədbirlərin gücləndirilməsi istiqamətində tərəfimizdən sistemli olaraq işlər davam etdirilir. Paytaxt sakinlərinin yaşayış binalarının ətrafına kameraların quraşdırılması ilə bağlı daxil olan müraciətlərinə tərəfimizdən çevik reaksiya verilir və onların bu təşəbbüslərini dəstəkləyirik. Bununla belə paytaxtda cinayətlərin profilaktikasında və açılmasında müasir informasiya texnologiyalarının tətbiqi sayəsində cari ilin doqquz ayında Bakı Şəhər Baş Polis İdarəsinin və ərazi polis orqanlarının təhlükəsiz şəhər xidmətinin operatorları tərəfindən 3877 hadisə aşkarlanıb, kameraların arxiv görüntülərindən istifadə edilməklə 219 bağlı cinayətin açılması təmin olunub”.
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ
Dollar stabil qalıb, ərzaq niyə bahalaşır? - SƏBƏBLƏR
Qafqazın təhlükəli avtomobil yollarından biri yenidən qurulur – FOTO
Rusiyada yanacaq qıtlığından qazananlar da olacaq - FOTO
Evinizdəki kamera qonşunun həyətini çəkirsə, cərimələnə bilərsiz - HÜQUQŞÜNAS
İcra başçısının vətəndaşları qəbul forması qaydalara zidd təşkil edilib? - AÇIQLAMA - FOTO
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB










