Bakıda güclü külək 15 ağacı aşırdı - VİDEO

İyunun 29-da axşam saatlarından başlayan güclü külək səbəbindən paytaxtda 15 ağac aşıb. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə Baki Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib. Şöbə rəisinin sözlərinə görə, ağac aşması ilə bağlı müraciətlər əsasən Yasamal, Nəsimi, Binəqədi və Nərimanov rayonlarından daxil olub: "Müxtəlif ünvanlardan 15 ağacın aşması, budaqların qırılması və çoxlu sayda ağacın əyilməsi ilə bağlı müraciətlər var. Həmin müraciətlər qeydə alınıb, aşmış və sınmış budaqlar ərazidən götürülüb. Əyilən ağaclar isə qeydiyyata alınıb və müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib". O.Məmmədov əlavə edib ki, güclü külək Binəqədi rayonunda irigövdəli ağacı "KİA" markalı avtomobilin üzərinə aşıraraq ziyan vurub, xoşbəxtlikdən həmin vaxt ərazidə heç kim olmayıb.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA













