Bakıda hamilə arvadına bıçaq zərbələri vuran kişi tutulub

Bakının Sabunçu rayonu ərazisində hamilə həyat yoldaşını bıçaqlayan şəxs tutulub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Sabunçu Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi və 14-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 11-də Maştağa qəsəbəsi Daş Karxanasında Mirverdi Məmmədovun evində arvadı və əmisi qızı Günay Mirverdi qızına bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkum olunan 1984-cü il təvəllüdlü Xəyal Məmmədov tutulub. Məlumatı Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidməti təsdiqləyib.
Qeyd edək ki, X.Məmmədov avqustun 11-də üç aylıq hamilə olan həyat yoldaşı G.Məmmədovaya 19 bıçaq zərbəsi ilə xəsarət yetirib. Yaralı qadın "təcili yardım" maşını ilə xəstəxanaya yerləşdirilib. O, vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə yerləşdirilib. Cütlüyün 4 övladı var.
Bu yollarda tıxac var - SİYAHI
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT












