Bakıda hava qəfil dəyişir? – Gözlənilən leysanla bağlı AÇIQLAMA

Bir neçə gün əvvəl Bakıda güclü yağış və leysan gözlənildiyi üçün paytaxtda hazırlıq işləri görülür, yeraltı keçidlərin girişlərinə qum kisələri düzülürdü. Lakin gözlənilən yağıntılar baş vermədi və görülən tədbirlər müzakirə mövzusuna çevrildi.
Hava proqnozları niyə bəzən özünü doğrultmur? Hazırda yaz havası hiss olunur, bu, “fırtına öncəsi səssizlik” ola bilərmi? Bizi həqiqətən leysanlar gözləyirmi?
Avtosfer.az bildirir ki, biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev deyib ki, hər şeydən əvvəl, bu, bir proqnozdur:
“Yəni ehtimalı yüksək olan hava şəraiti barədə məlumatlandırma mexanizmidir. 50 il əvvəl elm, texnika indiki dövrlə müqayisədə dəfələrlə zəif idi və proqnozların dəqiqlik ehtimalı daha aşağı idi. Lakin bu gün kompüterlər, süni intellekt, avtomatlaşdırılmış stansiyalar vasitəsilə daxil olan məlumatların emalı və proqnozların hazırlanmasında tamamilə yeni texnoloji yanaşmalar və müasir üsullar tətbiq olunur. Buna baxmayaraq, son proqnozların özünü doğrultmaması göstərir ki, bir çox sahələrdə olduğu kimi, bu sahədə də mütəxəssis və peşəkar təşkilatların strukturunun optimallaşdırılmasına böyük ehtiyac var. Mütəxəssis qıtlığı və peşəkarlıq səviyyəsinin mövcud vəziyyəti də öz mənfi təsirini göstərir. Bu problem məhz həmin amillərlə əlaqəlidir”.
Ekoloq bildirib ki, hazırda Bakıda, o cümlədən nisbətən hündür ərazidə yerləşən Yasamalda havanın temperaturu 20 dərəcədir:
“Bu, payız mövsümü üçün orta maksimum temperatur hesab olunur. Payız fəsli yağıntı, yağmur, külək və çiskinlə yanaşı, belə temperaturlarla da müşayiət edilə bilər. Buna görə də mövcud hava şəraitini həm anomaliya, həm də payızın mülayim havası kimi qiymətləndirmək olar. Payızın ölkəmizdə başlamasından cəmi 20 gün keçib. Bu səbəbdən mövcud vəziyyəti hansısa “fırtına öncəsi sakitlik” kimi dəyərləndirərək vətəndaşları narahat etməyə ehtiyac yoxdur.
Payız özünəməxsus xüsusiyyətlərini təbii şəkildə göstərir. Havanın bu cür keçməsi insan həyat tərzi, ekologiya və kənd təsərrüfatı baxımından normaldır. Bu hava şəraitinin yaratdığı imkanlardan müsbət mənada istifadə etməliyik. Ümid edək ki, yaxın günlərdə dəhşətli fırtına, çovğun və ya güclü sel kimi təhlükəli hava hadisələri ilə qarşılaşmayacağıq”./globalinfo.az
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












