Banner

Bakıda hər il 300-ə yaxın ekoloji təmiz avtobus istismara verilir – EKSPERT - VİDEO

Gündəm 27 Oktyabr 2026 12:00
Bakıda hər il 300-ə yaxın ekoloji təmiz avtobus istismara verilir – EKSPERT - VİDEO
WhatsApp kanalımıza abunə olun

Bakıda ictimai nəqliyyatda ekoloji cəhətdən təmiz avtobuslardan istifadə genişləndirilir. Hazırda sərnişindaşımada istismar olunan bəzi nəqliyyat vasitələrinin daha ekoloji təmiz alternativlərlə əvəzlənməsi istiqamətində işlər davam edir.

Avtosfer.az xəbər verir ki, bunu nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib.

Onun sözlərinə görə, paytaxtda ictimai nəqliyyatda ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinə keçid artıq üç ildən çoxdur ki, davam edir. Bu çərçivədə sıxılmış təbii qaz və elektrik enerjisi ilə işləyən avtobuslar istismara verilir.

Ekspert qeyd edib ki, proses mərhələli şəkildə həyata keçirilir və demək olar, hər il Bakıda 300-ə yaxın ekoloji cəhətdən təmiz avtobus sərnişindaşımaya cəlb olunur. Bu cür nəqliyyat vasitələrinin sayının artırılması şəhərdə nəqliyyatın ətraf mühitə təsirinin azaldılması baxımından əhəmiyyət daşıyır.

Eltac Zülfüqaroğlu

bax.tvhttps://player.bax.tv/embed/228236.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=avto-moto-xeberler

 

 

Oxunub : 446
ŞƏRH YAZ
Ad

E-mail

Şərh