Bakıda hərbi orkestrlərin müşayiəti altında yürüşlər başladı - YENİLƏNİB

Zəfər Gününün beşinci ildönümü münasibətilə bu gün Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə üç istiqamətdə təşkil olunan yürüş başa çatıb.
Avtosfer.az xəbər verir ki, Şəhidlər xiyabanından başlanan yürüş "Alov Qüllələri" Kompleksi - metronun "İçərişəhər" stansiyası - Qoşa qala qapısı - Azərbaycan Dövlət Kukla teatrı - Azneft dairəsi istiqamətində davam edib, Bəhram Gur heykəlinin yanında başa çatıb.
Q.Musabəyov parkından başlanan yürüş isə Əbdürrəhim Bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti istiqamətində davam edib, Şəhidlər xiyabanında başa çatıb. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
"Olimpik Star" İdman və Əyləncə Mərkəzinin yanından başlanan yürüş Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İ.Nəsimi heykəli istiqamətində davam edib, Neftçilər prospektində başa çatıb.
Hər üç yürüşün sonunda Dövlət Himni səsləndirilib.
***09:54
Bakıda 8 Noyabr - Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin zəfər yürüşü başlayıb.
Avtosfer.az xəbər verir ki, əvvəlcə Azərbaycanın Ümumilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yürüşlərdə "Müzəffər Ali Baş Komandan!", "Zəfərin mübarək, Azərbaycan!", "Şəhidlər ölməz, Vətən bölünməz", "Qarabağ Azərbaycandır!" və başqa şüarlar səsləndirilir.
Hərbi orkestrin müşayiəti ilə keçirilən yürüş Qəzənfər Musabəyov parkı - Əbdürrəhim Bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər xiyabanı istiqamətlərini əhatə edir.
Qeyd edək ki, hazırda bundan əlavə Bakıda Şəhidlər xiyabanı - "Alov Qüllələri" Kompleksi - "İçərişəhər" metrosu - Qala Qapısı - Azərbaycan Dövlət Kukla teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli, eləcə də "Olimpik Star" İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İmaməddin Nəsimi heykəli - Neftçilər prospekti istiqamətlərində də yürüşlər keçirilir.
Bu yollarda tıxac var - SİYAHI
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA











