Bakıda ictimai nəqliyyatda təmassız ödənişlər sürətlə artır – STATİSTİKA

Bakıda ictimai nəqliyyatda təmassız ödənişlərdən istifadə sürətlə artır. Son statistik göstəricilər sərnişinlərin getdikcə daha çox bank kartları və rəqəmsal cüzdanlar vasitəsilə ödəniş etməyə üstünlük verdiyini göstərir.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev 2026-cı il iyulun 6–12-ni əhatə edən BakıKart sisteminin həftəlik statistikasını paylaşaraq bildirib ki, bu müddətdə paytaxtın ictimai nəqliyyatında ümumilikdə 12 milyon 380 min 600 ödənişli keçid qeydə alınıb.
Onun sözlərinə görə, ödənişlərin 6 milyon 483 min 448-i (52,4%) BakıKart, 4 milyon 769 min 649-u (38,5%) NFC, 1 milyon 127 min 503-ü (9,1%) isə QR kod vasitəsilə həyata keçirilib.
Ekspert qeyd edib ki, bir həftə ərzində bank kartları və rəqəmsal cüzdanlar vasitəsilə 4,77 milyondan çox keçid edilməsi NFC ödənişlərinin sürətlə yayıldığını göstərir.
NFC ödənişlərinin 2 milyon 592 min 789-u (54,4%) Apple Pay və Google Pay, 2 milyon 176 min 612-si (45,6%) isə Visa və Mastercard fiziki bank kartları ilə həyata keçirilib. Digər qurğuların payına isə cəmi 227 ödəniş düşüb.
Statistikaya əsasən, NFC ilə gündəlik orta keçid sayı 681 min 375, həftəiçi 737 min 116, həftəsonu isə 542 min 24 olub.
Nəqliyyat eksperti vurğulayıb ki, hazırda ictimai nəqliyyatda həyata keçirilən təxminən hər 10 ödənişdən 4-ü NFC vasitəsilə edilir. Bundan əlavə, Apple Pay və Google Pay ilə edilən ödənişlərin fiziki bank kartlarını üstələməsi sərnişinlərin rəqəmsal cüzdanlara daha çox üstünlük verməyə başladığını göstərir.
Onun fikrincə, bu dinamika paytaxtın ictimai nəqliyyat sistemində rəqəmsal və təmassız ödəniş texnologiyalarının sürətlə genişləndiyini və istifadəçi vərdişlərinin müasir ödəniş həllərinə doğru dəyişdiyini nümayiş etdirir.
Eltac Zülfüqaroğlu
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?
Xırdalanda tunel tikintisindən sonra növbəti addım nə olacaq? – EKSPERT












