“Bakıda iki avtobusun toqquşması nəticəsində xəsarət alanlar evə buraxılıblar”

Səhiyyə Nazirliyi Bakıda iki avtobusun toqquşması nəticəsində xəsarət alanların son durumunu açıqlayıb. Avtosfer.az xəbər verir ki, nazirlikdən "Report"a bildirilib ki, hadisə yerinə 5 həkim briqadası göndərilib. "Bakının Nizami rayonu, 8-ci kilometr bazarının yanında, iki marşrut avtobusunun toqquşması barədə məlumat Təcili Tibbi Yardıma saat 22:20 də daxil olub.
Ümumilikdə 8 nəfər hospital olunub. Onlardan 4-ü kişi, 4-ü qadındır, 1 qadın burun sümüyünün sınığı diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə, digər 7 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Xəstəxananın baş həkiminin verdiyi məlumata görə, qəza ilə əlaqədar xəstəxanaya çatdırılanlara lazımı tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicəyə buraxılıblar. Kliniki Tibbi Mərkəzə çatdırılan 21 yaşlı qız da göstərilən tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb",- nazirlikdən bildirilib.
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti











