Bakıda intihara cəhd edən hər iki şəxs xilas edildi - FOTO

Bakıda intihara cəhd edən hər iki şəxs xilas edilib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbər görə, avtomobil yolunun üzərində quraşdırılmış dəmir konstruksiyanın üzərinə çıxaraq intihar edəcəyini bildirən şəxslərdən digəri də aparılan psixoloji söhbət nəticəsində aşağı enməyə razı olub.
Faktla bağlı araşdırma aparılır.
*** 12.29
Bakıda intihara cəhd edən iki nəfərdən biri xilas edilib. Avtomobil yolunun üzərində quraşdırılmış dəmir konstruksiyanın üzərinə çıxaraq intihar edəcəyini bildirən şəxslərdən biri aparılan psixoloji söhbət nəticəsində aşağı enməyə razı olub. Hazırda digər şəxsin intihara cəhdinin qarşının alınması istiqamətində tədbirlər görülür.
***12.20
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Nizami rayonunda 2 nəfərin avtomobil yolunun üzərində quraşdırılmış dəmir konstruksiyanın üzərinə çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub. Nazirlikdən bildirilib ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hazırda xilasedicilər tərəfindən intihara cəhdin qarşısının alınması üçün zəruri tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
***12.12
Bakıda 2 nəfər intihara cəhd edir. Nizami rayonu, Mikayıl Əliyev küçəsində iki kişi yolun üzərindəki dəmir konstruksiyaya çıxaraq özünü atacağını bildirib. Hadisə yerinə hüquq-mühafizə orqanları və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Əlavə məlumat veriləcək.
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA















