Bakıda keçmiş məhkum sərnişin kimi mindiyi “Daewoo”nu qaçırıb

Bakıda keçmiş məhkum taksi sürücüsünü bıçaqla hədələyərək avtomobilini qaçırıb. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. DİN-in “102” Zəng Mərkəzinə quldurluq hadisəsi ilə bağlı məlumat daxil olub.
Müraciətlə əlaqədar Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, noyabrın 6-da saat 1 radələrində 20 Yanvar küçəsində Abşeron rayon sakini E.Cəfərovun idarə etdiyi “Daewoo Gentra” markalı avtomobilə sərnişin qismində oturan şəxs Cavadxan küçəsinə gedəcəyini bildirib.
O, həmin ərazidə sürücünü bıçaqla hədələyərək avtomobildən düşüb və qeyd edilən nəqliyyat vasitəsində hadisə yerini tərk edib.
19-cu Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş C.Zeynalov qısa müddətdə müəyyən edilərək avtomobillə birgə saxlanılıb.
Namiq
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti











