Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT

Bakıda futbol oyunları və digər kütləvi tədbirlərlə əlaqədar avtobus marşrutlarının dəyişdirilməsi sərnişinlərin gündəlik hərəkətinə təsir göstərir.
Bu dəyişikliklər insanların mənzil başına gec çatmasına, alternativ nəqliyyat vasitələri axtarmasına və əlavə çətinliklərlə üzləşməsinə səbəb ola bilər.
Avtosfer.az xəbər verir ki, belə hallarda sərnişinlərin əvvəlcədən məlumatlandırılması, alternativ marşrutların müəyyənləşdirilməsi və ictimai nəqliyyatın fəaliyyətinin düzgün təşkil olunması vacibdir. Bəs kütləvi tədbirlər zamanı avtobus marşrutlarında edilən dəyişikliklərin vətəndaşlara yaratdığı narahatlığı minimuma endirmək üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərli Avtosfer.az-a açıqlamasında bildirib ki, kütləvi tədbirlər zamanı avtobus marşrutlarının dəyişdirilməsi sərnişinlər üçün vaxt itkisi və əlavə narahatlıq yarada bilər:

''Bu dəyişikliklər zəruri olsa da, əvvəlcədən planlaşdırılmalı, alternativ dayanacaqlar müəyyən edilməli və sərnişinlərin gündəlik hərəkətinə minimum təsir göstərilməlidir. Bu səbəbdən sərnişinlər marşrut dəyişiklikləri barədə müvafiq qurumların sosial şəbəkələri, mobil tətbiqlər və digər vasitələrlə əvvəlcədən məlumatlandırılırlar. Zərurət olduqda əlavə avtobuslar ayrılır və metro ilə əlaqələndirmə gücləndirilir. Burada əsas məqsəd həm təhlükəsizliyi təmin etmək, həm də vətəndaşların rahat hərəkəti üçün şərait yaratmaqdır. Müşahidələrimə əsasən, son vaxtlar bu istiqamətdə müəyyən işlər görülür''.
Fatimə
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












