Bakıda lift və eskalatoru olan daha bir yerüstü piyada keçidi olacaq

Xətai rayonu, Neapol küçəsində yerüstü piyada keçidinin inşası davam etdirilir. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
Onun sözlərinə görə, uzunluğu 76 metr, eni isə 3.6 metr olan keçidin yol səviyyəsindən hündürlüyü 9.4 metrdir. Keçidin dayaqlarının üçü də tam olaraq tikilib: "Piyada keçidi aşırım hissəsinin montajı üçün hazırdır. Hal-hazırda aşırım hissəsi zavod şəraitində hazırlanır. Tikinti işlərinin 65 faizi yerinə yetirilib".
A.Nəcəfli bildirib ki, yeraltı keçiddə həm eskalator, həm də lift quraşdırılacaq ki, bu da əlil vətəndaşların keçiddən istifadəsini asanlaşdıracaq.
Xatırladaq ki, Bakıda lift və eskalator olan daha bir yerüstü keçid paytaxtın Moskva prospektində, "Şamaxı yolu" adlanan ərazidə inşa edilir.
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI












