Bakıda mağazadan oğurluq edilib - VİDEO

Paytaxtın Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsində yerləşən marketdən səhər saat 5 radələrində oğurluq edilib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, oğurluq anı müşahidə kameraları vasitəsilə də qeydə alınıb.
Məlum olub ki, iki naməlum şəxs əvvəlcə mağazanın giriş qapısını açmağa çalışıb. Müxtəlif alətlərdən istifadə edən şəxslər içəri daxil olublar və kassada olan 850 manat pulu oğurlayıblar.
Faktla əlaqədar Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları da məlumatlandırılıb. Hadisə yerinə gələn polis əməkdaşları müvafiq barmaq izləri götürüb.
Hazırda həmin şəxslərin axtarışları aparılır. Polis kamera görüntülərində əks olunan həmin naməlum şəxsləri tanıyanların bu barədə Daxili İşlər Nazirliyinin "102 zəng mərkəzi"nə məlumat vermələrini xahiş edir.
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti











