Bakıda marketdən 550 qutu tütün məmulatı və seyf oğurlayan şəxs saxlanılıb - FOTO

Paytaxtın Nəsimi rayonu Asif Məhərrəmov küçəsində yerləşən marketlərdən birindən oğurluq edilib. Naməlum şəxs gecə saatlarında mağazanın qapısını sındırıb içəri daxil olaraq oradan 550 qutu müxtəlif növ tütün məmulatları və içərisində 1923 manat olan seyfi götürərək hadisə yerindən uzaqlaşıb. Gecə saatlarında həmin şəxsin şübhəli davranışları və əlindəki oğurlanmış siqaret qutuları polislərin diqqəti cəlb etdiyindən o, Binəqədi rayonu ərazisində rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 7-ci Polis Bölməsinə gətirilib. Bölmədə həmin şəxsin Sabirabad rayon sakini Babək İsmayılov olduğu müəyyən edilib. Onun ərtrafında aparılan əməliyyat tədbirləri ilə əlindəki siqaret qutularını Nəsimi rayonunda yerləşən həmin mağazadan oğurladığını etiraf edib. Babək İsmayılovun qeyd edilən obyektdən oğurladığı seyfin də yeri polislər tərəfindən müəyyən edilərək maddi sübut kimi götürülüb.
Avtosfer.az-a verilən məlumata görə araşdırma zamanı Babək İsmayılovun Binəqədi rayonu ərazisində yerləşən binalardan birinin həyətindən ipdən asılmış paltarlar və pərdələr oğurladığı da məlum olub. Saxlanılan şəxs barəsində 7-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Nəsimi Rayon Polis İdarəsinə göndərilib. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.
Gültən
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...













