Bakıda məktəbliləri soyan şəxsin məhkəməsi başlayır

Bakıda məktəblilərə qarşı soyğunçuluq etməkdə təqsirləndirilən Təbriz Zeynalovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, iş baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. Hakim Araz Hüseynovun icraatında olan cinayət işi üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək. İttiham aktına əsasən, T.Zeynalov Yasamal rayonu ərazisində məktəblilərə qarşı soyğunçuluq edib. Bu ilin aprel ayında Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən zərərçəkənin valideyni dərsdən sonra naməlum şəxsin oğluna yaxınlaşaraq mobil telefonunu danışmaq adı ilə alıb qaytarmadığını bildirib. Həmin hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş paytaxt sakini Təbriz Zeynalov şöbə əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində yaxalanıb. Araşdırma zamanı onun Yasamal rayonu ərazisində daha üç məktəblinin telefonunu soyğunçuluq yolu ilə aldığı məlum olub. Saxlanılan şəxs ifadəsində ələ keçirdiyi mobil telefonları satdığını bildirib. T.Zeynalova Cinayət Məcəlləsinin 180.2.2-ci (təkrar soyğunçuluq) maddəsi ilə ittiham verilib.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











