Bakıda məşhur bazar bağlandı – “Binə” və “Sədərək” isə…

“Eurohome” tikinti bazarının fəaliyyətinin dayandırılması ətrafında müzakirələr davam edir. Bildirilir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yoxlama zamanı burada bir sıra nöqsanlar aşkar edib və nəticə obyektin fəaliyyəti dayandırılıb. Xatırladaq ki, bir qədər əvvəl “EuroHome”un sahibinə məxsus olduğu bildirilən hoteldə yanğın hadisəsi baş vermişdi. Bu fonda yalnız bir obyektin fəaliyyətinin dayandırılması ictimai müzakirələrə səbəb olur. Məsələn, “Binə”, “Sədərək”, “8-ci km” bazarı və digər obyektlərdə vaxtaşırı baş verən yanğınların əsas səbəblərindən biri kimi texniki təhlükəsizlik qaydalarına əməl olunmaması göstərilir.
Belə olan halda niyə məhz “EuroHome” hədəfə çevrilib?
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı "Globalinfo" Fövqəladə Hallar Nazirliyinə sorğu ünvanlayıb.
Nazirlik verilən qərarı belə əsaslandırıb:
“Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 2 ünvanında yerləşən “EuroHome” tikinti materiallarının satışı bazarında Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış çıxarış əsasında keçirilən sonuncu yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində aşkar olunan pozuntuların insanların həyat və sağlamlığına, həmçinin dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən olunaraq, habelə sözügedən obyektdə sahibkarlıq fəaliyyətinin kütləvi təşkil olunduğunu və bu səbəbdən baş verən yanğınlar zamanı vətəndaşlara yüksək miqdarda maddi ziyan dəyməsi ehtimalını nəzərə alaraq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununun 28-ci maddəsinə uyğun sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirin tətbiqi ilə bağlı Qərar qəbul edilib”.
Açıqlamada bildirib ki, həmin obyektdə daha öncə keçirilən yoxlamalar zamanı analoji hallar müəyyən olunaraq, sözügedən pozuntuların aradan qaldırılması məqsədilə sahibkara kifayət qədər vaxt verilib:
“Müəyyən olunan vaxt çərçivəsində tədbirlər yerinə yetirilmədiyindən barəsində ən son zəruri tədbir olan məhdudlaşdırıcı tədbirin tətbiqi ilə bağlı qərar qəbul edilib. Digər obyektlərlə münasibətdə isə yoxlamalar qanunvericiliklə müəyyən olunmuş dövriliklə həyata keçirilərək zəruri tədbirlərin görülməsi təmin olunur”.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












