Banner

Bakıda məşhur restoranda zəhərlənmə iddiası: AQTA araşdırmalara başladı - FOTO - VİDEO

Gündəm 1 Noyabr 2026 18:00
Bakıda məşhur restoranda zəhərlənmə iddiası: AQTA araşdırmalara başladı - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə olun

Bakının "Qızıl qaya" restoranında zəhərlənmə hadisəsi ilə bağlı araşdırmalar aparılır.

Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.

"Nizami rayonunda yerləşən "Qızıl Qaya" restoranında zəhərlənmə şübhəsi ilə bağlı AQTA tərəfindən araşdırmalar aparılır.

İlkin araşdırmalara əsasən, agentliyin əməkdaşları tərəfindən restoranda keçirilən yoxlama zamanı müəssisənin ümumi sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı, qida məhsullarının emalı və saxlanılması zamanı nöqsanlara və çarpaz çirklənmə risklərinə yol verildiyi müəyyən edilib. Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Araşdırmalar davam etdirilir", - məlumatda bildirilib.

***

Bakının Nizami rayonunda yerləşən "Qızıl Qaya" restoranında kütləvi qida zəhərlənməsi baş verdiyi iddia olunur.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mikayıl Əliyev küçəsi, 131 ünvanında yerləşən restoranda qeydə alınıb.

Məlumata görə, restoranda təxminən 34 əlilliyi olan şəxsin iştirakı ilə toplantı keçirilib. İştirakçılardan 14-ü qidadan zəhərləndiyini bildirib.

Onlardan beşinin vəziyyəti ağır olduğundan xəstəxanaya aparıldığı qeyd olunur.

Hadisə yerinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

YouTubehttps://www.youtube.com/watch?v=hQ_0aBob_K4

 

 

FOTO QALEREYA
Oxunub : 118
ŞƏRH YAZ
Ad

E-mail

Şərh