Banner

Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA

Gündəm 6 Oktyabr 2026 13:41
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

Bakıda velosiped və skuter zolaqlarının sayının artmasına baxmayaraq, bəzi ərazilərdə bu zolaqların bir neçə yüz metr və ya kilometrdən sonra başa çatması mikromobillik istifadəçiləri üçün müəyyən çətinliklər yaradır. Bu vəziyyət həm zolaqlardan istifadənin rahatlığına, həm də hərəkət təhlükəsizliyinə təsir göstərə bilər.

Avtosfer.az xəbər verir ki, zolaqların bir-biri ilə əlaqələndirilməsi və şəhər üzrə vahid mikromobillik şəbəkəsinin yaradılması vacib məsələlərdən biridir. Bəs mövcud zolaqların yarımçıq qalması hansı problemlərə səbəb olur və bu şəbəkənin tam formalaşdırılması üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərli Avtosfer.az-a açıqlamasında bildirib ki, əsasən yaşayış zonalarında mikromobillik zolaqlarının təşkil olunması, həmçinin mikromobillik vasitələrinin dayanmasını təmin etmək üçün xüsusi duracaqların yaradılması nəzərdə tutulur:


"Bu cür zolaqların və duracaqların yaradılması həm velosiped və skuter istifadəçilərinin daha rahat və təhlükəsiz hərəkətinə, həm də şəhər daxilində mikromobillik vasitələrinin daha düzgün şəkildə təşkilinə imkan verə bilər. Yəqin ki, yaxın vaxtlarda belə bir layihə ilə bağlı daha ətraflı məlumat eşidəcəyik. Hazırda bununla bağlı müəyyən müzakirələr aparılır və layihənin həyata keçirilməsi ilə bağlı müxtəlif variantlar nəzərdən keçirilir. Bakı şəhərində hazırda mikromobillik zolaqlarının çəkilməsi kifayət qədər çətin məsələdir. Bunun əsas səbəblərindən biri mövcud yol infrastrukturunun buna hər yerdə imkan verməməsidir. Şəhərin bir çox ərazilərində yolların eni, nəqliyyatın intensivliyi, parklanma məsələləri və mövcud yol şəbəkəsinin quruluşu nəzərə alınmalıdır. Bu səbəbdən mikromobillik zolaqlarının təşkili sadəcə yol üzərində ayrıca zolağın ayrılması ilə məhdudlaşmır və kompleks yanaşma tələb edir”.
Ekspert əlavə olaraq qeyd edib ki, qanunvericilik isə velosiped və skuter istifadəçilərinə zolaq olmadığı halda avtomobil yolunun sağ, yəni birinci zolağı ilə hərəkət etməyə icazə verir:
“Bu, normal və qanunvericiliyə uyğun hərəkət qaydasıdır. Yəni velosiped və ya skuter üçün ayrıca yol olmadıqda, onlar avtomobil yolunun sağ zolağı ilə hərəkət edə bilərlər. Burada əsas məsələ həm mikromobillik vasitələrindən istifadə edənlərin, həm də avtomobil sürücülərinin bu qaydalara əməl etməsi və bir-birinə qarşı diqqətli davranmasıdır. Bu baxımdan mövcud qaydalar çərçivəsində problem yoxdur, əsas məqsəd isə gələcəkdə daha təhlükəsiz və rahat hərəkət imkanlarının yaradılmasıdır".

Fatimə

Oxunub : 270
ŞƏRH YAZ
Ad

E-mail

Şərh