Bakıda narkotik satmaq istəyən şəxs tutulub - FOTO

Bakıya satmaq üçün narkotik vasitələr gətirən şəxs saxlanılıb. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan Astara rayon sakini əvvəllər məhkum olunmuş Qorxmaz Şahbazov paytaxt ərazisində saxlanılıb.
Onun üzərində şəxsi axtarış aparılan zaman külli miqdarda 72,6 qram yüksək təsiredici xassəyə malik narkotik vasitə heroin və 8,1 qram metamfetamin aşkar olunaraq götürülüb.
Q.Şahbazov ifadəsində narkotik vasitələri Astara rayonunda adı istintaqa məlum olmayab şəxsdən əldə etdiyini və satış məqsədi ilə Bakı şəhərinə gətirdiyini bildirib.
Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq əməliyyat tədbirləri davam etdirilir.
Namiq
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
















