Bakıda növbəti ŞOK OLAY: daha 6 tələbə qız zəhərləndi - VİDEO

Bakıda kirayə mənzildə qalan 6 tələbə qız zəhərlənib. Onlar Bakı Dövlət, Iqtisad və Xəzər Universitetinin tələbələridir. Bəs zəhərlənməyə səbəb nədir? Hazırda tələbələrin vəziyyəti necədir?
6 tələbə qız zəhərlənmə ilə xəstəxanaya aparılıb. Onlar müxtəlif universitetin tələbələrdir.
Səhiyyə Nazirliyindən verilən məlumata görə,zəhərlənmə hadisəsi səhər saat 04:47 radələrində tələbə qızların kirayə qaldıqları mənzil 28-də baş verib. 3-ü Xəzər, 1-i İqtisad, 2-si isə Bakı Dövlət Universitetindən olmaqla qız tələbələrin halı qəflətən pisləşib. Bundan sonra onlar təcili tibbi yardım briqadasının köməyi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıblar. Həkimlər tələbə qızların vəziyyətini orta ağır kimi qiymətləndiriblər. Onlara lazımı tibbi yardım göstərildikdən sonra evə buraxlıblar.
Zəhərlənənlər Xəzər universitetindən Nəzakət Heydərli, Aysun Rəcəbli, Səma Salmanlı, Bakı Dövlət Universitetindən Aysun Osmanlı, Gülyetər Mahmudova, İqtisad Universitetindən isə Nazlı Qazıyevadır.
Tələbə qızların vəziyyəti ilə maraqlanmaq üçün onların yaşadıqları mənzilə gedən zaman qızların yenidən təcili tibbi yardım briqadası ilə xəstəxanaya aparıldığının şahidi olduq.
Ehtimal edilir ki, tələbə qızlar dəm qazından zəhərlənib. Hadisənin təfərrüatları isə araşdırılır. Xatırladaq ki, noyabrın 21-də Bakı Dövlət Universitetinin yataqxanasında da zəhərlənmə hadisəsi baş vermişdi. İlkin ehtimala görə, qidadan zəhərlənən 1 qız tələbə ölmüş, digər ikisi isə xəstəxanaya yerləşdirilmişdi.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












