Bakıda oğlanı bıçaqlayan 19 yaşlı qızın məhkəməsi başlayır

Bakıda 20 yaşlı oğlanı bıçaqlamaqda təqsirləndirilən Səfərova Sevda Rizvan qızının cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Siyavuş Hacıyevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, hadisə bu il aprelin 8-də Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi 30 ünvanının qarşısında baş verib.
Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Yusifov Anar Pirəli oğlu döş qəfəsinin daxilə nüfuz edən bir ədəd kəsilmiş-deşilmiş xəsarəti ilə Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Aparılmış ilkin əməliyyat axtarış tədbirləri nəticəsində Yusifov Anar Pirəli oğluna bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Səfərova Sevda Rizvan qızı saxlanılaraq istintaqa təhvil verilib.
Ona Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti












