Bakıda paradoks - dirəyi basdırır, işığı yandırmağa səlahiyyəti çatmır

"Küçə işıqlandırılması hələ də lazımi səviyyədə deyil. Şəhərin mərkəzi, təbii ki, işıqlandırılır, ancaq bəzi yerlərdə küçə işıqlandırılması yoxdur. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir". Qeyd edək ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə deyib.
Bakının bir çox rayonlarında gecə saatlarında küçələr işıqlandırılmır. Hətta mütəxəssislər qəzaların baş vermə səbəblərindən biri kimi küçələrin işıqlandırılmamasını göstərirlər.
Bakı küçələrində işıq dirəklərinin yerləşdirilməsi bilavasitə Azərbaycan Avtomobil Yollarının Dövlət Agentliyinin (AAYDA) səlahiyyətindədir.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı sputnik-ə açıqlama verən qurumun mətbuat katibi Anar Nəcəfli bildirib ki, yolların əsaslı təmiri müəyyən edilmiş layihə əsasında həyata keçirilir. Layihədə həmin yollarda işıqlandırma sisteminin quraşdırılması nəzərdə tutulursa, bu, icra olunur. Əks təqdirdə isə sistem quraşdırılmır. Dirəklər quraşdırıldıqdan sonra istismar olunmaq üçün aidiyyatı üzrə təhvil verilir. "Agentlik sırf Bakıda yolun hərəkət hissəsinin işıqlandırılmasına cavabdehdir. Mövcud qanunvericiliyə uyğun olaraq, AAYDA yolun kənarları, səki hissələri, orada yerləşən işıq dirəkləri və digər əhəmiyyətli kommunikasiyalara cavabdeh deyil.
Biz yolun təmiri zamanı asfalt örtüyünü təmir edirik. Əgər ərazidə işıqlandırma yoxdursa, asfalt örütüyünün təmiri zamanı orada işıq dirəyi quraşdıra bilmərik. Bu, bizim səlahiyyətimizdə deyil. Yolun kənarında quraşdırılan işıq dirəkləri həmin rayon üzrə icra hakimiyyətlərinin cavabdehliyindədir. Biz yeni yollar inşa etdikcə, işıqlandırma sistemini də quraşdırırıq. Amma mövcud yolların təmiri zamanı işıq dirəklərini quraşdırmaq, kommunikasiya xətləri çəkmək ixtiyarımız yoxdur", - deyə A. Nəcəfli qeyd edib.
Xatırladaq ki, bütün icra hakimiyyətlərinin "Küçə işıqları idarəsi" var. Və ərazilər üzrə küçələrin işıqlandırılması müvafiq rayon üzrə bu idarələr tərəfindən həyata keçirilir.
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu yollarda tıxac var - SİYAHI
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA












