Bakıda peşəkar sürücü problemi: yeni avtobuslar kimə etibar ediləcək?

Bakı Nəqliyyat Agentliyi bu günlərdə marşrut avtobusları üçün sürücü tələb olunması barədə vakansiya elan edib. Agentliyin tabeliyində fəaliyyət göstərmək istəyənlər işə başlamaq üçün necə və hara müraciət etməlidir? Namizəd sürücülər hansısa təcrübə proqramlarından keçirmi?
BNA-nın mətbuat katibi Mais Ağayev Lent.az -a açıqlamasında sürücülərin müraciət etmə qaydalarına aydınlıq gətirib: “Peşəkar sürücülərə ehtiyac var. Bununla bağlı bir neçə dəfə elan vermişik. Müvafiq kateqoriyada sürücülük vəsiqəsi olan və bizimlə əməkdaşlıq etmək istəyən şəxslərin “BakuBus”a müraciət etmələri xahiş olunur. Onlar bu müraciətlərindən sonra müvafiq təcrübə proqramlarına cəlb ediləcəklər. Təcrübə proqramlarından uğurla keçən namizədlər sürücü kimi işə başlaya bilərlər”.
Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi vakansiyası ölkəyə gətirilən yeni avtobuslarla bağlıdır.
Bu halda piyadaları CƏRİMƏ GÖZLƏYİR
Oğrular maşınların daha çox bu detallarını oğurlayır – ARAŞDIRMA
"Birmarket" vətəndaşın şikayətini niyə təmin etməyib? – RƏSMİ AÇIQLAMA
Təmir işləri görülən ərazilərdə qəzaların qarşısı necə alınmalıdır? – EKSPERT
Bu yollarda sıxlıq var - SİYAHI
Bəzi yollarda sıxlıq var - SİYAHI
Çinin Orta Dəhlizə marağı Azərbaycana hansı imkanları yaradır? - POLİTOLOQ
AQTA-nın yeni tələbindən sonra ət məhsulları bahalaşacaq - EKSPERT
Maşınların düşdüyü quyu ilə bağlı açıqlama - FOTOLAR
İnzibati xətanın təkrar törədilməsinə görə daha sərt cərimələr tətbiq olunacaq - HÜQUQŞÜNAS
İctimai nəqliyyatda problemlə qarşılaşanlara VACİB tövsiyə – Bu tətbiqdən istifadə edin










