Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi

Gündəlik piyada hərəkəti sağlam həyat tərzinin vacib hissəsidir. Lakin insanların daha çox gəzməsi üçün təkcə şəxsi motivasiya kifayət etmir. Bunun üçün şəhərdə təhlükəsiz, rahat və maneəsiz piyada infrastrukturu da olmalıdır.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev gündəlik addım sayı, gəzintinin sağlamlıq üçün əhəmiyyəti və şəhərlərdə piyada infrastrukturunun inkişafı məsələlərinə diqqət çəkib.

Ekspertin fikrincə, gündəlik 7 min addım bir çox insan üçün sağlamlıq baxımından faydalı hədəf hesab oluna bilər. Orta hesabla saatda 5 kilometr sürətlə gəzinti isə orta intensivlikli fiziki fəaliyyət nümunəsidir. Bununla belə, uyğun addım sayı və gəzinti tempi insanın yaşından, sağlamlıq vəziyyətindən və fiziki imkanlarından asılı olaraq dəyişə bilər.
Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, böyüklər həftə ərzində 150–300 dəqiqə orta intensivlikli fiziki fəaliyyətlə məşğul olmalıdırlar. Gündə 30 dəqiqə gəzinti həftə ərzində 210 dəqiqə edir və bu tövsiyə olunan intervala daxildir. Müntəzəm fiziki aktivlik ürək-damar xəstəlikləri riskinin və vaxtından əvvəl ölüm ehtimalının azalması ilə əlaqələndirilir.
Bəs Bakı sakinləri gündəlik həyatlarında nə qədər piyada hərəkət edə bilirlər? Şəhərin küçələri, səkiləri və piyada keçidləri insanları avtomobildən daha çox istifadə etməyə deyil, piyada hərəkətinə təşviq edirmi?
Piyada hərəkətinin artırılması üçün əsas məsələlərdən biri infrastrukturun əlçatanlığıdır. Səkilərin yararsız vəziyyətdə olması, müxtəlif maneələrlə zəbt edilməsi, təhlükəsiz piyada keçidlərinin çatışmazlığı və pandusların olmaması insanların gündəlik hərəkətini çətinləşdirə bilər. Bu problemlər xüsusilə fiziki məhdudiyyətli şəxslər, yaşlılar, uşaq arabası ilə hərəkət edən valideynlər üçün əlavə çətinliklər yaradır.
Bu baxımdan şəhərin piyada marşrutlarını əhatə edən interaktiv xəritənin yaradılması faydalı təşəbbüs ola bilər. Belə bir platforma vasitəsilə sakinlər səkilərdəki qüsurları, hərəkətə mane olan obyektləri, təhlükəli keçidləri və pandus çatışmazlığını foto və video ilə qeydə alaraq xəritədə göstərə bilərlər. Toplanan məlumatlar problemlərin müəyyənləşdirilməsinə, onların aidiyyəti qurumlara çatdırılmasına və aradan qaldırılması prosesinin izlənməsinə kömək edə bilər.
Əsas məqsəd insanlara daha çox gəzməyi tövsiyə etməklə kifayətlənməmək, gündəlik piyada hərəkətini rahat və təhlükəsiz edən şəhər mühiti formalaşdırmaqdır. Fasiləsiz səkilər, əlçatan keçidlər, düzgün təşkil olunmuş panduslar və təhlükəsiz piyada marşrutları insanların gündəlik seçimlərinə birbaşa təsir göstərə bilər.
Eltac Züflüqaroğlu
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












