Bakıda piyada keçidləri hər kəs üçün əlçatandırmı? – ARAŞDIRMA – FOTO

Bakıda bəzi yerüstü piyada keçidlərinin yaşlı insanlar, uşaq arabası ilə hərəkət edən valideynlər və əlilliyi olan şəxslər üçün əlçatanlığı ilə bağlı suallar yaranıb.
Avtosfer.az xəbər verir ki, “Bakı Gündəliyi” səhifəsi sosial şəbəkə hesabında paylaşım edərək yerüstü piyada keçidlərinin piyadaların təhlükəsizliyi ilə yanaşı, rahatlığını da təmin etməli olduğunu vurğulayıb.
Paylaşımda qeyd olunub ki, yalnız eskalatorlarla təchiz edilən keçidlərdən yaşlı insanların və uşaq arabası ilə hərəkət edən valideynlərin necə istifadə etməli olduğu aydın deyil. Xüsusilə əlil arabasında olan şəxslərin belə keçidlərdən istifadəsi daha ciddi problem yarada bilər.
“Bakı Gündəliyi”nin paylaşdığı fotoda Atatürk parkının ətrafında yerləşən yerüstü piyada keçidlərindən biri əks olunub. Bildirilib ki, həmin keçiddə bəzən eskalatorların heç biri işləmir, bəzi hallarda isə yalnız yuxarı istiqamətdə hərəkət edən eskalator istifadəyə verilir. Keçiddə liftin də olmadığı diqqətə çatdırılıb.
Bu cür keçidlər layihələndirilərkən bütün piyadaların, o cümlədən hərəkət imkanları məhdud şəxslərin ehtiyacları nəzərə alınmalıdır.
Paylaşımda eskalatorlarla yanaşı, təhlükəsiz və rahat rampaların (maili yolların) yaradılmasının mümkün həllərdən biri olduğu qeyd edilib.
Ekspertlər daha optimal variant kimi isə bəzi yerüstü piyada keçidlərinin sökülərək onların əvəzinə işıqforla tənzimlənən piyada keçidlərinin yaradılmasını təklif edib.
Eltac Zülfüqaroğlu
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO














