Bakıda piyadanın ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Seymur Mahmudovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, cinayət işi baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. Hakim Ələddin Cəfərovun icraatında olan iş üzrə hazırlıq iclası noyabrın 7-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu ilin sentyabr Bakının Nizami rayonunda, metronun "Koroğlu" stansiyasının yaxınlığında baş verib.
Taksi fəaliyyəti ilə məşğul olan sürücü, 1979-cu il təvəllüdlü Mahmudov Seymur Eyyub oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobillə piyadalar üçün müəyyən edilməmiş hissədən yolu keçən piyadanı vurub. Piyada, 1964-cü il təvəllüdlü Rzabala İmaməddin oğlu Nizaməddinov hadisə yerində dünyasını dəyişib.
S.Mahmudova 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI











