Bakıda qadının ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Elnur Əmrəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, cinayət işi baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.
Hakim Vüsal Qurbanovun icraatında olan iş üzrə hazırlıq iclası sentyabrın 16-da keçiriləcək.
Qeyd edək ki, hadisə Nərimanov rayonunun Z.Bünyadov prospektində baş verib. Bakı şəhər sakini E.Əmrəliyev idarə etdiyi "Toyota" markalı avtomobillə hərəkətdə olan zaman yolu keçmək istəyən piyada Püstə Cəfərovanı vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
E.Əmrəliyevə Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI












