Bakıda qadının ölümünə səbəb olan sürücünün şikayəti əsasında məhkəmə başlayıb

Bakı Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Vüqar Qasımov barəsindəki hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakimi Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəməni növbəti iclası oktybarın 18-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu il fevralın 17-də Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində baş verib. Qızıldaş qəsəbəsinin mərkəzi yolu ilə qəsəbə istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən 1971-ci il təvəllüdlü Şahverdiyeva Nəzakət Qüdrət qızını maşın vurub. Qəza nəticəsində ölən N.Şahverdiyeva iki övlad anası olub. Hadisə yerindən qaçan qəsəbə sakini, 1978-ci il təvəllüdlü Qasımov Vüqar Səfərqulu oğlu tutulub.
Onun hadisəni 99-FZ-087 dövlət nömrə nişanlı "VAZ 21214 Niva" markalı avtomobillə törətdiyi məlum olub. Ona Cinayət Məcəlləsinin 263-1.3 (yol hərəkəti qaydalarını pozma ehtiyatsızlıqda nzərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Qasımov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO










