Bakıda qadınlara qarşı cinayət törədən şəxsin məhkəməsi başlayır

Bakıda qadınlara qarşı soyğunçuluq etməkdə təqsirləndirilən Arif Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, cinayət işi baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.
Hakim Hüseyn Səfərovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, A.Əliyev bu ilin aprel ayında saxlanılıb. Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə müraciət edən zərərçəkən Fazilə Zeynalova naməlum şəxsin onun içərəsində 120 manat pul və mobil telefon olan çantasının soyğunçuluq yolu ilə ələ keçirdiyini bildirib.
Şöbə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər iki dəfə məhkum olunmuş Göygöl rayon sakini Arif Əliyev saxlanılıb. Araşdırma zamanı onun Yasamal rayonu ərazisində Validə Vəliyevaya qarşı da soyğunçuluq edərək həmin şəxsin içərisində 200 manat pul olan əl çantasını aldığı məlum olub. Saxlanılan şəxs ifadəsində törətdiyi cinayəti etiraf edib.
Ona Cinayət Məcəlləsinin 180.2.2 (təkrar soyğunçuluq) maddəsi ilə ittiham verilib.
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA












