Bakıda reyd: peraşki və qutablar antisanitar şəraitdə hazırlanır - VİDEO

Bakıda peraşki, qutab və digər qəlyanaltı yeməklər hazırlanan bir sıra obyektlərdə sözün əsl mənasında antisanitar vəziyyət hökm sürür. Maraqlanan zaman isə obyekt sahibləri acınacaqlı vəziyyəti gizlətməyə çalışırlar. Avtosfer.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, metro çıxışlarında fəaliyyət göstərən obyektlərdə həmçinin istifadə edilən yağlar demək olar ki, dəyişdirilmir. Bu məhsullar vitrində cəlbedici görünür, amma hazırlanma şəraiti bunun əksini göstərir. Qeyd edək ki, bütün bu kimi xoşagəlməz hallar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) reyd keçirib. Reyd zamanı məlum olub ki, obyektlərin əksəriyyətində adi elementar gigiyenik qaydalara belə əməl edilmir. Vətəndaşların isə qidaların belə vəziyyətdə hazırlanmasına münasibəti birmənalı deyil. Onların bəziləri sağlamlığını düşünsə də, bəziləri buna əhəmiyyət vermir. Mütəxəssislər isə bildirir ki, qızardılmış xəmir məmulatlarını hazırlayarkən istifadə olunan yağlar bişirilən qidadan asılı olaraq dəyişdirilməldir. Bu yağların təkrar istifadəsi isə bir sıra xəstəliklərə səbəb ola bilər.
Onu da qeyd edək ki, AQTA tərəfindən qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinə baxışlar mütəmadi olaraq davam etdiriləcək.
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti












