Bakıda sahibsiz itlər sakinləri qorxu içində saxlayır – Tədbir görən yoxdur - VİDEO

Paytaxtın 7-ci mikrorayon ərazisində sahibsiz itlərlə bağlı narahatlıq yaranıb.
Avtosfer.az xəbər verir ki, sakinlərin sözlərinə görə, Abay Kunanbayev küçəsi 3 ünvanında, "Dərnəgül" metrostansiyasının yaxınlığında son vaxtlar sahibsiz itlərin sayı xeyli artıb. Xüsusilə səhər saat 05:00-dan etibarən və axşam 21:00-dan sonra itlər sürü halında məhəlləyə toplaşaraq hürür, bəzən isə ərazi boyunca hərəkət edirlər.
Bu vəziyyət sakinlər üçün ciddi narahatlıq və qorxu yaradır. Valideynlər övladlarını məktəbə və bağçaya apararkən, eləcə də işə gedən vətəndaşlar səhər tezdən küçəyə çıxarkən çətinliklə üzləşdiklərini deyirlər.
Sakinlərin sözlərinə görə, problem təkcə yaşayış binalarının ətrafı ilə məhdudlaşmır. Metronun giriş-çıxış hissəsində də sahibsiz itlərə tez-tez rast gəlinir. Bu isə ictimai nəqliyyatdan istifadə edən vətəndaşlarda əlavə narahatlıq yaradır.
Məsələ ilə bağlı video material redaksiyamıza təqdim olunub. Görüntülərdə itlərin sürü halında hərəkət etdiyi və ərazidə toplandığı əks olunur.
Sakinlər aidiyyəti qurumlardan problemin nəzarətə götürülməsini, ərazidə monitorinq aparılmasını və təhlükəsizlik tədbirlərinin gücləndirilməsini xahiş edirlər.
Sahibsiz İtlərə Qayğı Mərkəzindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin ərazidə sahibsiz itlərə mütəmadi nəzarət olunur. Vətəndaşlar qaynar xəttə müraciət edən kimi ərazidə müvafiq tədbirlər görülür.
Eltac
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ












