Bakıda saxlanılan dilənçi Xəyal narkotik alverçisi çıxdı - FOTO

Xətai Rayon Polis İdarəsi və 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan paytaxt sakini Xəyal Hacıyev saxlanılıb. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, onun üzərindən şəxsi axtarış aparılan zaman külli miqdarda təmiz çəkisi 2,188 qram güclü təsiredici xassəyə malik heroin aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində sağlam olmasına baxmayaraq özünü fiziki imkanları məhdud olan şəxs kimi təqdim edərək paytaxt ərazisində dilənçiliklə məşğul olduğunu bildirib. X.Hacıyev dilənçi görkəmi yaratmaqla diqqəti özündən yayındırmaq isdədiyini və bu üsulla rahat şəkildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edib. Saxlanılan şəxs dilənçiliklə əldə etdiyi pul vəsaitlərini də narkotik vasitə almağa xərclədiyini də qeyd edib.
Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib, istintaq əməliyyat tədbirləri davam etdirilir.
Namiq

Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA










