Bakıda "səliqəli" oğrunun məhkəməsi başlayır

Bakıda silsilə oğurluq hadisələri törətməkdə təqsirləndirilən Emin Cabbarovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, cinayət işi baxılması üşün Xətai Rayon Məhkəməsinə göndərilib. Hakim Cavid Hüseynin icraatında olan iş üzrə hazırlıq iclası oktyabrın 7-də keçiriləcək.
Qeyd edək ki, əvvəllər məhkum olunmuş paytaxt sakini Emin Cabbarov Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb. O, ifadəsində Xətaidə 4, Yasamal rayonunda isə 1 mənzildən oğurluq etdiyini bildirib. E.Cabbarov, əsasən, günorta saatlarında ev sahiblərinin işdə olduğu vaxtlarda mənzillərdən pul və qızıl-zinət əşyaları oğurlayıb.
Saxlanılan şəxs ifadəsində qeyd edib ki, oğurluqlar zamanı ev sahiblərini şübhələndirməmək üçün mənzildə qiymətli əşyalar axtararkən ətrafı dağıtmayıb. Səliqəli şəkildə mənzili axtaran E.Cabbarov pul və qızılı götürəndən sonra hadisə yerlərindən uzaqlaşırmış.
Əlavə edək ki, 1977-ci il təvəllüdlü Cabbarov Emin İsgəndər oğlu sonradan Binəqədi Rayon Polis İdarəsində dindirilərkən bıçaqla özünə xəsarət yetirib.
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA











