Bakıda sərnişin yükünü azaldacaq MÜHÜM HƏMLƏ - FOTO

Abşeron dairəvi dəmir yolu paytaxt ətrafında sərnişin daşımalarında əsas alternativlərdən biri kimi təqdim olunsa da, hazırkı vəziyyət bu anlayışla tam uyğun gəlmir.
Avtosfer.az baku.ws-ə istinadən xəbər verir ki, dairəvi adlandırılmasına baxmayaraq, xətt faktiki olaraq tam dairə üzrə fəaliyyət göstərmir və bu da onun potensialından tam istifadə olunmasına mane olur.
Problemin əsas səbəbi Keşlə Yük – Böyük Şör arasında mövcud olan, lakin uzun müddətdir istifadəsiz qalan dəmir yolu hissəsidir. Həmin sahənin bərpa edilərək sərnişin daşımalarına açılması Abşeron dairəvi dəmir yolunun real mənada vahid və fasiləsiz marşruta çevrilməsinə imkan verə bilər.
Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, məhz həmin hissənin istismara verilməsi xəttin funksional mahiyyətini tamamlaya bilər:
![]()
"Abşeron dairəvi dəmir yolu adlandırılmasına baxmayaraq, hazırda faktiki olaraq tam dairəvi hərəkət təmin edilmir. Xüsusilə Keşlə Yük – Böyük Şör arasında mövcud olan, lakin istifadəsiz qalan hissənin təmir edilərək sərnişin daşımalarına cəlb olunması vacibdir. Məhz bu hissənin işə salınması ilə xətt real mənada dairəvi marşruta çevrilə bilər".
Ekspertin sözlərinə görə, yaxın illərdə planlaşdırılan yeni dəmir yolu layihələri bu məsələnin aktuallığını daha da artırır. Belə ki, 2026–2027-ci illərdə Suraxanı – Hövsan xəttinin bərpası, 2026–2028-ci illərdə Bakıxanov – Binə – Qala, 2028–2030-cu illərdə isə Zabrat – Maştağa – Bağlar xəttinin istismara verilməsi nəzərdə tutulur.
![]()
Rauf Ağamirzəyev qeyd edib ki, bu xətlərin mərhələli şəkildə istifadəyə verilməsi sərnişin axınını həm artıracaq, həm də coğrafi baxımdan müxtəlif istiqamətlərə böləcək. Bu səbəbdən Abşeron dairəvi dəmir yolunun üzərində və ya əsas qovşaqlarında səmərəli transfer, yəni köçürmə imkanlarının yaradılması strateji əhəmiyyət daşıyır.
"Belə bir yanaşma şəhərə daxil olan sərnişin yükünü azaldar, mərkəzə yönələn axını balanslaşdırar, ictimai nəqliyyatın cəlbediciliyini artırar və Abşeron yarımadası üzrə vahid, çevik relsli nəqliyyat şəbəkəsinin formalaşmasına şərait yaradar", – deyə ekspert vurğulayıb.
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO












