Bakıda sürücünü bıçaqla hədələyib “07”ni qaçırdılar

Bakıda avtomobil oğurlanıb. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Belə ki, oktyabrın 22-də saat 2 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsində 3 nəfərin A.İsmayılovu bıçaqla hədələyib “VAZ-2107” markalı avtomobildə aparılması barədə DİN-in “102” Zəng Mərkəzinə müraciət daxil olub.
Məlumatla əlaqədar dərhal Sabunçu Rayon polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Sabunçu RPİ PPXB, Dövlət Yol Polis Şöbəsi və 12-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan avtomobili idarə edən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş K.Əsgərov Sabunçu qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılıb.
Polis əməkdaşları tərəfindən bu cinayət əməlini törətməkdə şübhəli bilinən digər 2 nəfərin də şəxsiyyətləri müəyyən edilib.
Üz və bədən nahiyəsindən xəsarət alan A.İsmayılov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Namiq
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI











