Bakıda sürücüyə xəsarət yetirən qardaşların məhkəməsi başlayır

Bakıda qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən Xaqani Ağayev və Aqil Ağayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, cinayət işi baxılması üşün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Əfqan Hacıyevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, hadisə bu ilin iyun ayında baş verib. Ayxan Yaradanquliyev şəxsi avtomobili ilə hərəkət edən zaman Masallı rayon sakinləri olan iki qardaş - Xəqani Ağayev və Aqil Ağayev avtomobillə onun qarşısını kəsərək maşından düşürüblər. Tərəflər arasında münaqişə zəminində qardaşlar bıçaqla A.Yaradanquliyevə bir neçə zərbə endiriblər. İlkin məlumata görə, tərəflər arasında mübahisə ötmə əməliyyatına görə yaranıb. Ağayev qardaşlarına Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












