"Bakıda taksi xidmətinin keyfiyyətini artırmaq mümkün olmayacaq" - AÇIQLAMA

"Taksi sürücülərinin imtahana cəlb olunması, onların bilik səviyyələrini artırması ümumiyyətlə xidmətin keyfiyyətinə təsir edən əsas amil deyil. Xidmətin keyfiyyətinə təsir edən əsas amillər taksi sürücülərinin şəhər daxilində normal hərəkət imkanlarının təmin olunması və eyni zamanda infrastrukturun yaxşı təşkili ilə bağlıdır".
Bu sözləri nəqliyyat eksperti İlqar Hüseynli deyib.
O bildirib ki, əgər infrastruktur yaxşı təşkil olunursa, nəqliyyat vasitələrində ciddi yenilənmələr baş verirsə, biz xidmət keyfiyyətinin yaxşılaşdırıldığını görə bilərik:
"Son vaxtlar ölkənin taksi xidməti göstərən şirkətlərində nəqliyyat parkının yenilənməsi prosesi gedir. Xüsusilə Çin Xalq Respublikasından gətirilmiş BYD markalı minik avtomobilləri artıq kifayət qədər sayda Yandex, Bolt, Uber və digər şirkətlər tərəfindən xidmətə cəlb olunub. Bu avtomobillər komfortlu və yüksək səviyyəli xidmət göstərən nəqliyyat vasitələridir".
Ekspertin sözlərinə görə, əgər yollarda tıxac varsa, bu yalnız taksi xidmətinin yox, bütün ölkənin problemidir:
"Vaxt itkisi, yol infrastrukturunda dağıntılar xidmətin keyfiyyətinə ciddi təsir göstərir. Əsas problemimiz Bakı şəhərində tıxacların aradan qaldırılmasıdır. Tıxaclarla bağlı vətəndaşlar və dövlət birlikdə ortaq nəticəyə gəlməlidirlər. Əks halda, nə qədər islahat aparılsa belə, Bakıda taksi xidmətinin keyfiyyətini artırmaq mümkün olmayacaq.
İmtahan verilməsi, biliklərin artırılması vacibdir. Elə insanlar var ki, yol hərəkəti qaydalarını bilmir və imtahandan keçə bilmir. Burada etik davranış məsələləri də əsas rol oynayır. Əgər taksi sürücüsü etik davranış qaydalarına əməl etmirsə, bu, sərnişinlə mübahisələrə, hətta turistlərlə narazılıqlara səbəb olur. Bu isə artıq imtahanla tənzimlənən məsələ deyil".
Qeyd edək ki, 46 mindən çox taksi sürücüsü DİM tərəfindən təşkil olunan imtahanlara cəlb olunub. (demokrat.az)
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












